“Azərişıq” minaya düşən əməkdaşı ilə bağlı məlumat yayıb

Xəbərlər

23.11.2021 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

"Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib"

 Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

“Azərişıq” ASC-dən AYNA-ya verilən məlumata görə, hadisədən dərhal sonar Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub: "Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib".

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş