“Azəriqaz” abonentlərə xəbərdarlıq edib

Cəmiyyət

12.10.2021 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər

Ağstafada qaz təchizatından qanunsuz istifadə və özbaşına şəkildə müdaxilə halı aşkar edilib.

“Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən məlumata əsasən, rayonun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə iki rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib.

Vətəndaş kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edib. Lakin, qanunsuz qoşulma ləğv edilib.

Birlik tərəfindən xəbərdarlıq edilib ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş