Azərbaycanlı iş adamı “erməni Messi”ni skamyada çürüdübmüş...

İdman

27.03.2022 - 15:50

Çox vaxt “idman siyasətdən uzaqdır” kimi klişeləri eşidə bilərsiniz, lakin reallıqda bu, heç də belə deyil

Paradoks deyilmi? Qafqazda uzun illər baş verən iğtişaşların səbəbkarına çevrilən, bizə ərazi iddiaları irəli sürən, torpaqlarımızı işğal edən əllərində silahla gələn ermənilər olub, şəhərlərimizi, kəndlərimizi odla yandıran ermənilər olub, dinc azərbaycanlılara qarşı vəhşilikləri ilə faşistləri kölgədə qoyan ermənilər idi... Lakin bütün bunlara baxmayaraq, nankor qonşularına dostluq əlini ilk uzadan məhz azərbaycanlılar oldu.

Amma Ermənistana hələ sağlam düşüncə gəlib çıxmayıb və ermənilər nə yalandan, nə də böhtandan çəkinərək, ən kiçik fürsətdə belə, anti-Azərbaycan ritorikasını davam etdirirlər.

Maradonanın varisi

David Davidyanın şəxsiyyəti ətrafında daha bir isteriya kampaniyası başlanıb. "Bəs bu kimdir?" sualı verən oxucular olduqca haqlı olacaqlar. Həqiqətən də, planetin "ən əzabkeş" əhalisinə aid olmaqdan başqa, bu soyad bizə heç nə demir.

Deməli, əzizlərim, sən demə, bu Davidyan dünya futbolunun super ulduzudur! Hə-hə! Bilmirdik, amma o, Pele və Maradonanın işinin layiqli davamçısıdır! O, Messi və Ronaldo ilə bərabər durmağa layiqdir!

Amma bəxti gtirməyib – zirvə yolunda erməni fenomeni 2021-ci ilin avqustunda müqavilə bağladığı Rusiyanın “Ximki” klubunun rəhbərlərindən biri, iş adamı Tufan Sadıqovun simasında azərbaycanlı “yaramaza” rast gəlir. Məhz o, milli mənsubiyyətinə əsaslanaraq, məşqçilər korpusuna Davidyanı heyətə salmamağı tapşırıb və bununla da erməni fenomenini ehtiyat skamyasında çürütməyə başlayıb.

İndi göz yaşı tökməyin vaxtıdır. Amma hər cür erməni nağılları ilə tanışlıq təcrübəsi olan bizlər yalançı qonşularımızın sözünü belə asanlıqla qəbul edə bilmərik. Axı, bu “erməni külçəsi” – David Davidyan kimdir?

Bir adda nə var?

“Qafqazlı Messi”nin klubları sıralamasında karyerası belədir: regional yarışlarda çıxış edən Nijni Novqorod “Olimpiya”sının gənclərdən ibarət komandası, Rusiyanın ikinci diviziyonunda çıxış edən “Nosta”, “Moskva Ararat”, Ermənistanın “Ararat-Ermənistan” klubları, “Ararat”, “Alaşkert ”, “Ximki”.

Davidyan son klubunun tərkibində 5 dəfə meydana daxil olub. Onun komandası 4 görüşdə uduzub, bir oyunda hesablarına 1 xal yaza bilib. Bu oyunların heç birində Davidian 90 dəqiqənin hamısını meydanda keçirməyib. Yeri gəlmişkən, “Ximki” hazırda Rusiya Premyer Liqasında sonuncu yeri tutur və aşağı diviziona düşməyə real iddialıdır. İndi isə məhz bu komandada Davidyan heyətdə yer almayıb.

Ermənilərin fikrincə, bu, onların istedadlı həmyerlisinə qarşı sui-qəsddir. Normal və adekvat insanların nöqteyi-nəzərindən götürsək, baş verənlər, sıralamada sonuncu yeri tərk etmək və növbəti dəfə Premyer Liqada qalmaq şansını saxlamaq üçün aqoniya içində tələsən komandada heyətin sadə rotasiyasıdır. Bu Davidyanın hansı “ulduz” olduğunu isə onun “fenomenal” karyerası və əldə etdiyi nəticələrlə qiymətləndirmək olar. Daha doğrusu, edə bilmədiyi  nəticələrlə. Milli məsələnin isə bununla heç bir əlaqəsi yoxdur.

Presedentlər var, amma...

Mövzunu yekunlaşdıraraq belə bir nüansa diqqət çəkmək istərdim. Çox vaxt “idman siyasətdən uzaqdır” kimi klişeləri eşidə bilərsiniz. Amma reallıqda bu, heç də belə deyil. Elə idman tədbirləri var ki, hətta planetin heç vaxt idmana ciddi maraq göstərməmiş sakinlərinin də diqqətini cəlb edir. Və bütün bunlar siyasi motivlidir.

Belə misallar çoxdur. “Spartak Moskva”nın avrokubokların pley-off mərhələsindən kənarlaşdırıldığı və rəqibinin oyunsuz növbəti mərhələyə keçməsi bu qəbildən olan ən təzə hadisədir. Bəzən idmanda da milli məsələ ortaya çıxır.

Başqa bir təzə nümunə, Putin qoşunlarının Ukraynaya daxil olmasından sonra bir çox legionerlərin Rusiya komandaları ilə müqavilələrinə xitam vermələri və bəzi xarici klublardan rus idmançılarından başqa yaşayış qeydiyyatı axtarmalarını istəmələridir. Amma...

Bütün bunlarla birlikdə Davidyanla bağlı yuxarıdakı hadisə cəfəngiyyat və blefdir. Bunu yoxlamaq üçün onun futbolçu karyerasına (əgər bunu belə adlandırmaq olarsa) bir daha nəzər salmaq kifayətdir.

Müəllif: Vüsal Əliyev