“Ursula fon der Leyen Avropa Parlamentində etimadsızlıq səsverməsi ilə üzləşəcək”
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenə etimadsızlıq səsverməsi iyulun 10-da keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
“Ursula fon der Leyen Avropa Parlamentində etimadsızlıq səsverməsi ilə üzləşəcək”, – nəşr iddia edib.
Adı açıqlanmayan 6 məmurun sözlərinə görə, səsvermə iyulun 10-da keçiriləcək.
AK rəhbərinə etimadsızlıq məsələsi son on ildə ilk dəfədir ki, qaldırılır.
Məqalədə vurğulanıb ki, prosedur simvolik xarakter daşıyacaq, çünki əksər siyasi qruplar etimadsızlıq səsverməsinin əleyhinə səs verəcəklərini artıq açıq şəkildə bəyan ediblər. Eyni zamanda, bir sıra qalmaqallardan sonra səsvermə Brüsseldə fon der Leyenin siyasətindən narazılığın artdığını göstərir.
Bundan əvvəl DPA agentliyi AK rəhbərinə qarşıdan gələn etimadsızlıq səsverməsi ilə bağlı məlumat yayıb.