“Ankara Qəzzadakı hərbi münaqişəyə son qoymağa, habelə humanitar yardımın müntəzəm tədarükünü yaratmağa çalışır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS nümayəndələri ilə görüş keçirib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, görüş zamanı Fələstin hərəkatı ilə Qəzzada atəşkəs, həmçinin anklavdakı humanitar vəziyyəti müzakirə edib.
Fidan qeyd edib ki, “Ankara Qəzzadakı hərbi münaqişəyə son qoymağa, habelə humanitar yardımın müntəzəm tədarükünü yaratmağa çalışır”.
HƏMAS nümayəndələri bildiriblər ki, təşkilat rəhbərliyi İsraillə gələcək atəşkəs razılaşmasını müzakirə edir.
Xatırladaq ki, iki gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəsə hazır olduğunu bəyan edib.