Azərbaycanın media nümayəndələri NATO-nun qərargahına səfər ediblər

Xəbərlər

27.08.2025 - 16:12

Səfər NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib

Azərbaycanın media qurumlarının nümayəndələri NATO qərargahına səfər ediblər. AYNA.AZ xəbər verir ki, səfər NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Jurnalistlər NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə təşkilati dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi ilə üst-üstə düşən builki səfər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş