Azərbaycanın İrandakı səfiri geri çağırılıb

Siyasət

07.08.2021 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı İrana yeni səfir təyin edib 

 

Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş