İki rayonda internetdən istifadə etmək çətinləşib
Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində problem yaranıb.
AYNA xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, artıq 7 saata yaxındır ki, internetdən istifadə etmək çətinləşib.
Müvafiq qurumlar tərəfindən problemin həlli istiqamətində iş aparılır.