Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib

Xəbərlər

08.07.2020 - 13:15

cedabet dərman SEO Xidməti

İbadulla Ağayev öz istəyi ilə ərizə yazaraq, bu vəzifədən gedib

 

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib. AYNA xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ.Ağayev özü bildirib.

 

O deyib ki, öz istəyi ilə ərizə yazaraq, bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin, Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş