Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək

Xəbərlər

08.01.2026 - 00:06

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş