Azərbaycandakı Rusiya və Ukrayna vətəndaşlarının diqqətinə

Xəbərlər

19.03.2020 - 18:40

Həkimlər Klinikalar SEO Xidməti

Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

 

AYNA-ya bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

Məlumatda bildirilir ki, martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır: “Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş