Azərbaycanda virusa yoluxan qadınların sayı kişilərdən çoxdur

Cəmiyyət

15.05.2020 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

Vəfat edənlərin 36 faizini 60-69 yaş arası vətəndaşlar təşkil edir

 

Azərbaycanda koronavirusa yoluxanların 57 faizi qadınlar, 43 faizi kişilərdir. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində TƏBİB sədri Ramin Bayramlı deyib.

 

“Vəfat edənlərin yaş qruplarına gəldikdə isə, 60-69 yaş arası vəfat edənlər 36 faiz təşkil edir. 40-49 yaş arası vəfat edənlər, ötən həftə ilə müqayisədə 1 faiz artaraq 6 faizə çatıb. 80 yaşın üzərində vəfat edənlər 11 faiz, 70-79 yaş arasında vəfat edənlər 25 faiz, 50-59 yaş arasında vəfat edənlər isə 22 faiz təşkil edir”, - deyə Bayramlı bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş