Dünən 3483 nəfər yeni koronavirusa qarşı peyvənd olunub
Martın 8-də Azərbaycan Respublikasında 3483 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
AYNA Koronavirusinfo.az saytına istinadla xəbər verir ki, yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 411 min 496 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya prosesi respublikamızın bütün rayonlarında uğurla davam edir.