Azərbaycanda teatr Mədəniyyət nazirindən cavab ala bilmir - <font color=red> Müraciət</font>

Mədəniyyət

27.07.2019 - 14:37

ADO 3 saat ərzində Tbilisi meriyasından müsbət cavab alıb
 
Bakıda küçə tamaşaları keçirə bilməyən Azərbaycan Dağınıq Oda (ADO) teatrı Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib. AYNA xəbər verir ki, bu barədə teatrın rəhbəri Elmin Bədəlov məlumat yayıb. 
 
O bildirib ki, Azərbaycanın ilk müstəqil teatrı olan Azərbaycan Dağınıq Oda teatrı Bakıda küçə nümayişləri keçirə bilmir.  Bakı Şəhər İcra Hakimiyyətindən onlara deyiblər ki, küçə nümayişlərinə icazə verilməsi üçün Mədəniyyət Nazirliyinin rəyi olmalıdır. 
 
Elmin Bədəlovun sözlərinə görə, 2 ildir ki, Bakıda küçə nümayişlərinə icazə ala bilməyən ADO 3 saat ərzində Tbilisi meriyasından müsbət cavab alıb.  Teatr "Gic-Daban" adlı küçə tamaşasını Tbilisinin mərkəzində nümayiş etdirib. Teatr geri döndükdən sonra Mədəniyyət nazirinə yenidən müraciət etmək qərarına gəlib.
 
ADO "yaradıcı ifadə azadlığını" əsas gətirərək nazirdən cavab gözlədiyini açıqlayb. Həmçinin müraciətə 10 iş günü ərzində cavab verilməsi istənilir.
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə