Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlanıb

Aktual

15.04.2021 - 16:40

Həkimlər Klinikalar SEO Xidməti

Daha 2317 nəfər koronavirusa yoluxub, 36 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14207, hazırkı dövrədək isə 3068679 test aparılıb.

Azərbaycanda son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş