Düşmən Laçın-Şuşa yolunda mühasirəyə alınıb - <font color=red> VİDEO</font>

Aktual

09.11.2020 - 14:09

Ermənilərin döyüş texnikası məhv edilib

 

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

 

Azərbaycan Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib.

 

Nazirlik həmin anları əks etdirən videogörüntüləri də yayımlayıb:

Müəllif: Ayna.az