Son sutkada COVID-19-dan 13 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 468 yeni yoluxma faktı qeydə alınıb. 5 197 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.