TÜRKPA-nın Baş katibi Ermənistanın təxribatlarını qınayıb

Aktual

15.10.2020 - 16:31

Altınbek Mamayusupov Milli Məclisin məktubuna cavab verib

 

TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarını kəskin şəkildə qınayıb. Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən AYNA-ya bildirilib ki, Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara və milli parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq TÜRKPA-nın Baş katibi Ermənistan silahlı qüvvələrinin təxribatları, işğalçı ölkənin Azərbaycanın Gəncə şəhərini və digər ərazilərini ağır artilleriya və raket atəşinə tutmasını pisləyib.

 

Baş katib Altınbek Mamayusupovun göndərdiyi rəsmi məktubda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb. Baş katib bu hücum nəticəsində dinc vətəndaşların həlak olması ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Müəllif: Ayna.az