Rəsmi Bakıdan sülhməramlıların Birgə Mərkəzi barədə <font color=red> AÇIQLAMA</font>

Aktual

12.11.2020 - 16:48

XİN: “Birgə Mərkəzin fəaliyyətinin sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”

 

“10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq”. AYNA xəbər verir ki, bu ifadələr Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.

 

Nazirlik bildirir ki, rəsmi Bakı Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edir: “Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”.

Müəllif: Ayna.az