Azərbaycanda məktəb direktoru avtobus sürücüsü işləyir? - <font color=red> AÇIQLAMA</font>

Cəmiyyət

31.08.2020 - 15:04

Həkimlər Klinikalar SEO Xidməti

Mais Ağayev: “Özünün də bildirdiyinə görə, o bunu sadəcə paylaşım xatirinə edib”

 

Bakı Nəqliyyat Agentliyi Saatlı rayonunda məktəb direktoru işləyən şəxsin avtobus sürücüsü işləməsi ilə bağlı məlumatlara münasibət bildirib. AYNA-nın xəbərinə görə, agentliyin mətbuat katibi Mais Ağayev açıqlamasında yayılan məlumatları təkzib edib.

 

“Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Bildiririk ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə, o bunu sadəcə paylaşım xatirinə edib”, - deyə Ağayev qeyd edib.

 

Onun sözlərinə görə, “BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasında həyata keçirilir: “Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlərə cəlb olunurlar. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş