Azərbaycanda maskalara qənim kəsilmiş əcnəbilər saxlanılıb

Xəbərlər

09.03.2020 - 11:12

cedabet dərman SEO Xidməti

Maskaları öz vətənlərinə göndərmək məqsədilə tədarük ediblərmiş

 

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək, bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

 

AYNA-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək, qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. 

Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskanı satmaq istəyən zaman tutulublar.

 

Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maska onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq, Çin vətəndaşlarını külli miqdarda  tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş