Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Cəmiyyət

25.04.2020 - 22:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 069 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 617 yoluxma aşkarlanıb. Onlardan 1 080-i sağalıb, 21-i ölüb. Hazırda aktiv xəstə sayı 516-dır.

 

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş