Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub

Cəmiyyət

30.05.2020 - 22:25

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-a olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb.


Qeyd edək ki, bu gün Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib.

 

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş