Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA

Cəmiyyət

13.11.2021 - 19:11

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 001 yeni yoluxma faktı qeydə alınıb, 2 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7 416 nəfər vəfat edib. 30 765 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 099, bu günə qədər isə ümumilikdə 5 347 509 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş