Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələyib – <font color=red> SON DURUM</font>

Cəmiyyət

03.05.2020 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Ötən sutka ərzində ölkədə daha 38 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb

 

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Qərargahdan o da əlavə olunub ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157 932 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş