Ölkəmizdə COVID-19-a yoluxanların sayı artıb
Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.