Azərbaycanda koronavirus xəstəsinin ağciyərlərinin görüntüsü - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

11.05.2020 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Adil Qeybulla: “Bu xəstə ilə yanaşı demək olar ki, müraciət edənlər arasında daha altı nəfərdə COVİD-19 aşkarlamışam”

 

Koronavirus infeksiyası Azərbaycanda 50 yaşlı qadının ağciyərlərində buzlu şüşə sindromuna səbəb olub. AYNA-nın xəbərinə görə, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat paylaşıb.

 

Professor sosial şəbəkədə 50 yaşlı qadın pasientə məxsus rentgeni paylaşaraq bildirib ki, xanım xəstəxanaya müraciət edən zaman aparılan müayinələr nəticəsində onda COVID-19 aşkar olunub: “Dərhal ağciyərlər rentgen olunub. Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub. Müalicə üçün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına göndərilib. Artıq müalicə prosesi yekunlaşıb və xanım sağlam vəziyyətdə evinə göndərilib”.

 

A.Qeybulla bu paylaşımı etməklə koronavirusu ciddiyə almayan şəxsləri bir qədər diqqətli olmağa səsləyib: “Bu xəstə ilə yanaşı demək olar ki, müraciət edənlər arasında daha altı nəfərdə COVİD-19 aşkarlamışam. Aidiyyəti üzrə müvafiq xəstəxanalara göndərmişik. İnsanlar bu xəstəliyi ciddiyə almadıqca, yoluxma dayandırmaq da çətinləşir. Cəmiyyət arasında sosial məsafəyə riayət edilməlidir. Tibbi maska istifadəsi yoluxma riskini azaldır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş