“Buster” doza üzrə vaksinasiya olunanların ümumi sayı 764 min 782 nəfər təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34474 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6418, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23827 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10363317, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5059543, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4538992, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 764782 təşkil edir.