Azərbaycanda karantini pozan 739 nəfər cəzalandırıldı

Xəbərlər

15.05.2020 - 10:59

cedabet dərman SEO Xidməti

Ümumilikdə 53 min 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 14.05.2020-ci il saat 00:00-dan 15.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

 

BDYPİ-dən AYNA-yan verilən məlumata görə, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.05.2020-ci il saat 00:00-dan 15.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 min 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş