Azərbaycanda ilk dəfə virtual “Son zəng” çalınacaq

Xəbərlər

11.06.2020 - 18:14

cedabet dərman SEO Xidməti

Müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər

 

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq.

 

Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

 

Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.

 

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş