Fransa millisinin sabiq üzvü koronavirusdan ölüb

İdman

09.04.2020 - 06:24

Koronavirus daha bir məşhurun həyatına son qoyub 

 

Fransalı keçmiş reqbiçi Kristof Pras koronavirusun qurbanı olub.

 

AYNA yerli mətbuata istinadən xəbər verir ki, vaxtilə U-18 yığmasının da formasını geyinmiş veteran oyunçu 36 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, daha çox həvəskar liqadakı çıxışı ilə tanınan Kristof Pras karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamışdı.

Müəllif: Ayna.az