Teymur Şəhriyara qalib gəldi - <font color=red> Dünya kubokunda</font>

İdman

22.09.2019 - 22:19

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin 1/8 final mərhələsinin görüşləri keçirilib

Bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər.

AYNA xəbər verir ki, şahmatçıların mübarizəsi tay-brekə qədər davam edib və Teymur 2-ci tay-brekdə qalib gəlib. O, ¼ finala keçib. 

Turnir oktyabrın 4-də başa çatacaq. 

Müəllif: Ayna.az