Biletləri oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini saxlanılıb
Goranboy rayonunda lotoreya biletləri oğurlanıb.
AYNA-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisindəki mağazaların birindən 2 960 manat dəyərində lotoreya biletini oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.