Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanalardan birindən görüntülər yayılıb. Bu dəfə lentə alınan şəxslər ölkədə ən ağır koronavirus xəstələridir.
AYNA-nın məlumatına görə, TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstələrdən 5-i süni tənəffüs aparatına bağlıdır, vəziyyətləri kritikdir.
Onun sözlərinə görə, şöbələrdə və intensiv terapiya blokunda yatanlarla bərabər vəziyyəti ağır olan 17 xəstə var. Süjet AzTV-nin “Xəbərlər” informasiya proqramında efirə gedib.