Azərbaycanda əhalinin 34 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib

Xəbərlər

19.08.2021 - 14:57

Ölkəmizdə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur

 

Azərbaycanda əhalinin 34 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib. AYNA xəbər verir ki, bu barədə məlumat Koronavirusinfo.az saytında yerləşdirilib.

 

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 932 min 734-ə bərabərdir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 406 min 267 nəfərdir.

 

Ölkəmizdə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.

Müəllif: Ayna.az