Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

Cəmiyyət

25.07.2020 - 07:51

Həkimlər Klinikalar SEO Xidməti

Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb

 

Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.  

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə onun tanışları məlumat verib.

 

Onların sözlərinə görə, 7 saylı Doğum evində və "German" hospitalda cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

 

Qeyd edək ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

 

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb. Xatırladaq ki, daha bir həkim ölkədən kənarda COVID-19-dan dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş