Azərbaycanda daha 72 nəfərdə COVID-19 aşkarlanıb

Cəmiyyət

05.09.2022 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 375 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 001, bu günə qədər isə ümumilikdə 7 172 037 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş