Azərbaycanda daha 43 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

07.12.2020 - 17:57

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 190, ötən müddət ərzində isə ümumilikdə 1 847 191 test aparılıb.

Azərbaycanda daha 3086 nəfər COVID-19-a yoluxub, 1781 nəfər sağalıb, 43 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş