Azərbaycanda daha 279 nəfər koronavirusa yoluxub

Cəmiyyət

01.08.2020 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusa yoluxanların sayı 300-dən aşağı düşüb

 

Azərbaycanda koronavirus infeksiyasına  279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış   6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur. 

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş