Azərbaycanda daha 15 nəfər COVID-19-dan vəfat edib

Aktual

15.08.2021 - 19:10

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 2 min 993 nəfər koronavirusa yoluxub, 646 nəfər sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.

 

Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.

 

Azərbaycanda bir gündə COVID-19-a 2 993 nəfər yoluxub, 646 nəfər sağalıb, 15 nəfər ölüb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş