Azərbaycanda Covid-19-un elmi tədqiqatına başlanılıb

Xəbərlər

15.04.2020 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

"Araşdırmalara xaricdə təhsil almış, təcrübə keçmiş mütəxəssislər, alimlər cəlb olunub"

 

Azərbaycan da Covid-19-la bağlı elmi araşdırmalarına start verib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in idarə heyətinin sədri Ramil Bayramov məlumat verib.

 

O bildirib ki, artıq dövlətin xüsusi proqramına uyğun elmi araşdırmalara başlanıb: “Emi araşdırmalar B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutda keçirilir. Ötən ildən başlayaraq institutda bioloji, molekulyar genetik laboratoriyanın yaradılması istiqamətində işlərə başlanmışdı. Artıq bu laboratoriya tam qurulub və orada koronavirusun ölkəmizdəki tipinin öyənilməsi və yayılması istiqamətində elmi araşdırmalar gedir. Araşdırmalara xaricdə təhsil almış, təcrübə keçmiş mütəxəssislər, alimlər cəlb olunub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş