Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Aktual

10.04.2022 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Daha 21 nəfər koronavirusa yoluxub, 39 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 220 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 826, bu günə qədər isə ümumilikdə 6 743 461 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş