Ermənistan ordusunun daha bir polkovniki məhv edilib

Aktual

29.09.2020 - 11:18

18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan zərərsizləşdirilib

 

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”. AYNA xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

 

Bundan başqa, Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978), Ağdərə istiqamətində isə polkovnik Nikolay Mikaeloviç Aykyan (1972), Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib.

Müəllif: Ayna.az