Bir gündə 23 mindən çox şəxs peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 095 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 548, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19 049, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 217 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 159 751, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 795 324, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 842 065, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 213 590 nəfər təşkil edir.