Azərbaycanda COVID-19-a sutkalıq yoluxmada artım qeydə alınıb

Aktual

12.02.2021 - 15:04

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 226 nəfər virusdan sağalıb, 191 yeni yoluxma var, 3 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib, aktiv xəstə sayı 2 322 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, ötən müddət ərzində isə ümumilikdə 2 485 483 test aparılıb.

 

Qeyd edək ki, əvvəlki gün 205 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 3 nəfər vəfat etmişdi.

Azərbaycanda son sutkada 226 nəfər COVID-19-dan sağalıb, 191 nəfər yoluxub, 3 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş