Azərbaycanda bir gündə COVID-19-dan 700-dən çox <font color=red> SAĞALMA</font>

Xəbərlər

31.07.2020 - 16:11

cedabet dərman SEO Xidməti

Son sutkada 714 nəfər sağalıb, 318 nəfər yoluxub, 7 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

 

Qeyd edək ki, ilk dəfədir ki, bir gündə sağalanların sayı 700-dən çox olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş