Azərbaycanda 7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir

Cəmiyyət

06.06.2020 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi məlumat yayıb 

 

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 nəfəri elektron ərizəsini təsdiq edib.

 

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş