Azərbaycanda 19 il axtarışda olan şəxs tutulub

Xəbərlər

16.08.2021 - 18:51

Mirhəsən Haşimimüqəddəm Bakı ərazisində aşkar olunaraq saxlanılıb

 

Azərbaycanda 19 il axtarışda olan şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin məlumatında qeyd olunub.

 

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən və 19 il ərzində axtarışda olan Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakı şəhəri ərazisində aşkar olunaraq saxlanılıb.

Müəllif: Ayna.az