Azərbaycanda 18 məhkum virusa yoluxub

Xəbərlər

10.07.2020 - 17:45

Yoluxanlardan iki nəfəri vaxtından əvvəl şərti azadlığa buraxılıb

 

12 saylı cəza çəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumun koronavirus testlərinin nəticələri pozitiv olub. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugüngü brifinqində Prezidentin Beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

 

“Yeni yoluxmuş şəxslərin iki nəfəri qanunvericilik tələblərinə uyğun olaraq vaxtından əvvəl şərti azadlığa buraxılaraq, müalicə almaq məqsədi ilə TƏBİB-ə təhvil verilib. Qalan şəxslər isə izolyasiya edilib və müalicələri davam etdirilir”, - Hacıyev bildirib.

 

O, əlavə edib ki, Penitensiar Xidmətin şəxsi heyəti arasında da yoluxma halları baş verib: “Bunlar da dərhal nəzarətə götürülüb və zəruri izolyasiya tədbirləri həyata keçirilib”.

Müəllif: Ayna.az