Azərbaycana başqa cür necə böhtan atmaq olar ki?!

Aktual

24.10.2021 - 15:21

O cür dəhşətli hadisələrdən sonra Azərbaycanda erməni qəsbkarlarına tam məhəbbət hökm sürsəydi, çox qəribə olardı

Haaqadakı BMT Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı irəli sürdüyü iddialara baxır. Məhkəmə prosesi fonunda hər yerdə mövcud olan erməni lobbisi ayıq-sayıq vəziyyətdədir. Məsələn, Ermənistanın Avropa Dostları (EuFoA) lobbi təşkilatının keçmiş direktoru, hazırda isə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) siyasət direktoru Dioqo Pinto öz “Twitter” səhifəsində Azərbaycan əleyhinə paylaşım edib.

Pinto ermənilərin ədəbsiz adlandırıldığı ingilis dili testini misal gətirərək, Azərbaycanı ermənifobiyada ittiham edir. Ancaq ingilis dili testi ilə yaxından tanış olduqdan sonra onun kağız üzərində heç də təmiz Azərbaycan hərfləri ilə yazılmadığını görmək olar (ədəbsiz sözü bizim dilimizdə tam olaraq belə yazılır, Pinto tərəfindən qeyd olunan kitabdakı kimi deyil - A.A.). Üstəlik də kitab çox səliqəsiz kserokopiya edilib. Lakin ingilis dilində bu testin mənbəyi göstərilmir. Bütün bunlar artıq post müəllifinin obyektivliyinə əsaslı şübhələr yaradır.

Pinto Azərbaycanı ermənifobiyada ittiham edən ilk və sonuncu erməni deyil. Ödənişli erməni lobbiçiləri üçün 1987-1989-cu illərdə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiyası, Ermənistanın Azərbaycana qarşı Xocalı soyqırımına səbəb olan hərbi təcavüzü və bütün nəticələrlə Azərbaycan ərazilərinin işğalı kimi ciddi arqument mövcud deyil.

Razılaşın, bu cür dəhşətli hadisələrdən sonra Azərbaycanda erməni qəsbkarlarına tam məhəbbət hökm sürsəydi, çox qəribə olardı. Ermənistan Azərbaycana ərazi iddiaları etməyə davam etdikcə, Qazax rayonunun yeddi kəndini işğal altında saxlamağa davam etdikcə, bu ölkə silahlı təxribatlar törətdikcə bizim üçün 1 nömrəli düşmən olaraq qalacaq. Bu, tamamilə adekvat müdafiə reaksiyasıdır, ancaq ermənofobiya deyil. Azərbaycanın özündə ermənilər təhlükəsiz şəraitdə yaşayırlar.

Məsələn, 44 günlük müharibə zamanı Gəncəyə raket hücumları nətciəsində azərbaycanlılar tərəfindən dağıntılar altından çıxarılan bu Azərbaycan şəhərinin sakini Karina Qriqoryan yaralandı. Digər misal - Bakının Maştağa kəndinin sakini Maria Karapetyanın Samir adlı oğlu Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını itirrdi. Erməni general-polkovniki Mikael Arutyunyanın Zoya adlı böyük bacısı Kürdəmirdə yaşayır.

Və indi 44 günlük müharibədə dağıdıcı bir məğlubiyyətdən sonra Ermənistan Azərbaycanı ləkələmək üçün beynəlxalq birliyin diqqətini cəlb etməyə çalışır. Ermənistan tərəfi azərbaycanlıları vandalizm aktlarında ittiham edir. Görəsən, düşmən onların öz doğma torpağından keçsə, dini tikililəri murdarlasa, qəbiristanlıqları əkin sahələrinə çevirsə, məzar daşlarını tikinti daşı kimi satsa, bundan əlavə, qaçarkən meşəni və evləri odla məhv edərək, ərazini minalasa, Ermənistana dəstək verənlər necə reaksiya verərdilər?

Dioqo Pinto kimi erməni lobbiçisinin beynəlxalq avtomobil yarışlarını təşkil edən FIA-da aparıcı mövqelərdən birini tutması çox təəssüf doğurur. FIA-nın məqsədləri avtomobil idmanının, habelə sürücülərin, sərnişinlərin, piyadaların təhlükəsizliyini yaxşılaşdırmağa kömək etməklə, ictimai təhlükəsizliyi və ictimai sağlamlığı təmin etmək, insan həyatını və ətraf mühiti qorumaq və yaxşılaşdırmaqdır. Lakin FIA-nın siyasət direktoru bu məqsədlərə Azərbaycanı ləkələməyi də əlavə edib...

Müəllif: Asif Aydınlı